67 gün sonra qohumlarının cəsədi ilə tapılan kişi xilas olmaq yollarından danışıb

67 gün sonra qohumlarının cəsədi ilə tapılan kişi xilas olmaq yollarından danışıb
Dünya 83

Oxot dənizində qohumlarının cəsədləri ilə qayıqda 67 gün sürükləndikdən sonra sağ qalan 46 yaşlı rusiyalı Mixail Piçuqin xilasetmə cəhdlərindən danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə "İzvestiya"məlumat yayıb.

"Bizim işəra vermək üçün istifadə olunan fişənglərimiz var idi. Gecə gəmini görəndə onları işə saldıq", - Piçuqin bildirib.

Onun sözlərinə görə, helikopterlər bir neçə dəfə kifayət qədər alçaqdan uçub, Maqadana ərzaq aparan gəmilər də yaxınlıqdan keçib.

Ancaq gün ərzində onlar fişəng atmayıblar, çünki işıqda onsuz da fərq edilməli idilər.

Bundan əlavə, səyyahlar diqqət çəkmək üçün bir neçə gün hərəkətsiz qalmağa çalışıblar. Ancaq heç kimin heç bir tədbir görmədiyini başa düşdükdən sonra materikə doğru hərəkət etmək qərarına gəliblər. Onlar ora çata bilməyiblər, çünki tufan başlayıb və qayığı yenidən açıq dənizə aparıb.

Xatırladaq ki, Piçuqin avqustun əvvəlində qardaşı və 15 yaşlı qardaşı oğlu ilə Şantar adalarına səyahətə çıxıb. Onlar Saxalin yolunda yollarını azıblar.

Balıqçılar Piçuqini 67 gün sonra qohumlarının cəsədlərinin də olduğu qayıqda tapıblar. Kişi, ilkin olaraq, artıq çəkiyə görə sağ qala bilib - iki ay ərzində 100 kiloqramdan 50 kiloqrama qədər arıqlayıb. Sağaldıqdan sonra Piçuqin Buryatiyadakı ailəsinin yanına qayıtmağı planlaşdırır.

Onu da qeyd edək ki, Piçuqini cinayət işi və 7 ilə qədər həbs cəzası gözləyə bilər. Bu, Piçuqinin dənizə çıxmazdan əvvəl gəmisini düzgün hazırlamadığı sübut olunarsa baş verəcək.

Son xəbərlər