VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bursa şəhərində 6 uşağı ilə birlikdə dilənçilik edən qadın saxlanılıb.

BAKU.WS “NTV Türkiyə”yə istinadən xəbər verir ki, həmin qadın sivil polislər tərəfindən uzun müddət izlənilib.

Uşaqların dilənərək yığdıqları pulları gətirərək qadına verməsini müşahidə edən polislər hərəkətə keçərək qadın və uşaqları saxlayıb.

İlkin dindirmə zamanı qadının Suriya əsilli olduğu dəqiqləşib.

Onun üzərindən 18 min 205 lirə (təxminən 5457 manat) pul çıxıb. Qadına cərimə kəsilib və topladığı pullar müsadirə edilib.
BAKU.WS
VİDEO

QALEREYA