60 rusiyalı təyyarə ilə Beyrutdan təxliyə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Beyrutdan 60 rusiyalını - Livanda xidmət edən diplomatik işçilərin ailə üzvlərini təxliyə edib.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, uçuş zamanı onları Fövqəladə Hallar Nazirliyinin psixoloqları və həkimləri müşayiət edəcək.
Məlumata görə, təxliyyə Rusiya prezidenti Vladimir Putinin və ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığına əsasən həyata keçirilir. Təyyarə oktyabrın 3-də Moskvaya çatacaq.
Oktyabrın 3-də Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Beyruta 33 ton humanitar yardım - ərzaq, dərman, ilkin tələbat malları və 80 kVt gücündə elektrik stansiyaları çatdırıb.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...