5G istifadəçilərinin sayı 3 milyardı keçdi – 6G üçün geri sayım başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada 5G texnologiyasının yayılması sürətlənir. Ericsson-un 2026-cı ilin iyun ayında açıqladığı Mobillik Hesabatına əsasən, bu ilin ilk rübündə qlobal 5G abunəçilərinin sayı 162 milyon artaraq 3 milyardı keçib.
BAKU.WS xəbər verir ki, hesabata görə, 2031-ci ilin sonuna qədər bu rəqəmin 6,4 milyarda çatacağı gözlənilir. Hazırda dünya üzrə 390-a yaxın operator kommersiya məqsədli 5G xidməti təqdim edir.
Mütəxəssislər bildirirlər ki, süni intellektin inkişafı mobil şəbəkələrə tələbatı daha da artıracaq. Hesabatda qeyd olunur ki, 2031-ci ilə qədər mobil məlumat trafiki, xüsusilə də yükləmə həcmi əhəmiyyətli dərəcədə artacaq.
Sənəddə həmçinin vurğulanır ki, ilk 6G standartlarının 2028–2029-cu illərdə tamamlanması, kommersiya xidmətlərinin isə 2030-cu ildən istifadəyə verilməsi gözlənilir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...