VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İnternetdə azyaşlıları intihara sövq edən oyun peyda olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, uşaqların çox izlədiyi "Momo" oyunu "Mavi balina" kimi təhlükəlidir. 

"Youtube" uşaqlar üçün cizgi filmlərinin arasında gizlənir. Uşaqlar cizgi filmi izləyərkən bir anda ortaya çıxıb təlimatlar verməyə başlayır.

Videonu izləyən azyaşlılar dili başa düşməsələr belə göstərilənlərdən nə tələb edilyini analaya bilirlər. Bu videolarda uşaqlardan bıçaq, çəkic kimi kəsici alətlərdən istifadə edərək özlərinə zərər verməsi istənilir.



Artıq dünyanın fərqli ölkələrində yaşayan bir çox uşaqlar "Momo"nun istəyilə özünə xəsarət yetirib. Onlar analarına "Bunu Momo istədi" deyiblər.

                      Keysuke Aysonun 2016-cı ildə sərgi üçün yaratdığı və artıq məhv etdiyi "Ana quş" heykəli

Qeyd edək ki, "Momo" yapon heykəltəraş Keysuke Aysonun 2016-cı ildə sərgi üçün yaratdığı "Ana quş" heykəlinin qorxunc prototipidir. "Momo" oyunu İnternetə ayaq açdıqdan sonra 43 yaşlı heykəltəraş öz yaratdığı heykəli məhv etmək məcburiyyətində qalıb. O, belə bir bəyanat yayıb: "Momo öldü, artıq uşaqlar rahat yaşaya bilərlər".

Aysel
BAKU.WS