Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını BMT-də elan edib.

BAKU.WS
 TASS-a istinadən xəbər verir ki, diplomat bunu BMT-nin Moskvanın orta və yaxın mənzilli raketlərin ləğvinə dair Rusiya-ABŞ müqaviləsinin dəstəklənməsinə dair qətnamə layihəsinin əleyhinə səs verməsinin ardınca bəyan edib.

Belousov Rusiyanın bu addımının müdafiə xarakterli olduğunu deyib:

“Burada az əvvəl iclas zamanı Birləşmiş Ştatlar nümayəndəsi bəyan etdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır və mən bunu təsdiq edirəm”.

Belousovun fikrincə, ABŞ-ın Rusiya ilə müharibəyə başlamaq niyyətini onun orta və yaxın mənzilli raketlərə dair müqavilədən çıxması, nüvə potensialını genişləndirməsi və yeni nüvə doktrinası qəbul etməsi də təsdiqləyir.

BAKU.WS