"Azərbaycan apreldə yeni müharibəyə başlaya bilər"- erməni politoloq
"Azərbaycan apreldə yeni müharibəyə başlaya bilər. Onlar 2016-cı ilin aprelindəki hərbi əməliyyatlarda üstünlük qazandılar. Bu Azərbaycan tərəfinin 90-ci illərdən sonra cəbhədə üstünlük qazandığı ilk il idi".
BAKU.WS-in məlumatına görə, bu sözləri Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan bildirib. Politoloqun fikrinə görə, Dağlıq Qarabağ ətrafında hazırda fəal danışıqlar prosesi getmir.
"Hazırda Dağlıq Qarabağ ətrafında heç bir danışıqlar prosesi getmir. Bu da özü özlüyündə çox qorxulu bir prosesdir. Bu Azərbaycanın Qarabağda yeni müharibə başlamaq ehtimalını artırır. Çox təhlükəli dövrdür. Son dövrlər ABŞ-ın bizim regionla bağlı xüsusi siyasəti yoxdur. Vəziyyət Trampın hakimiyyəti dövründə daha da pisləşə bilər. Yaranmış vəziyyətlə bağlı vakuum yaranır ki, bu boşluğu da Rusiya tuta bilər. Rusiya Qarabağ münaqişəsi ilə bağlı tutduğu lider mövqeyini bir qədər də möhkəmləndirə bilər", - deyə politolq bildirib.
Oxşar xəbərlər
Putinin adamı AÇIQLAMA VERDİ: "Azərbaycanın torpaqları bu il azad ediləcək"
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşməsi yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı ciddi sıçrayışa səbəb olacaq. BAKU.WS-in məlumatına görə...