Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

BAKU.WS 
Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlər başçıları Soçidə görüşür.

Görüşdə Suriyadakı, xüsusi ilə İdlibdəki vəziyyəti müzakirə edəcək. Eləcə də, İdlibdəki müşahidə məntəqələrinin gücləndirilməsi, qanunsuz qruplaşmaların tərk-silah edilmələri və başqa bu kimi məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.

Rəcəb Tayyib Ərdoğan Azərbaycandan ölkəsinə dönərkən, təyyarənin göyərtəsində jurnalsitlərə bildirib ki, Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi var.

BAKU.WS