50 milyon dollarlıq kokain aparan kolumbiyalılar ƏLƏ KEÇDİ

50 milyon dollarlıq kokain aparan kolumbiyalılar ƏLƏ KEÇDİ
Foto
Dünya 266

Salvadorun Hərbi Dəniz Qüvvələri ölkə sahillərində böyük miqdarda narkotik vasitə müsadirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə Salvador Prezidenti Nayib Bukele "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Estero de Jaltepeque körfəzindən 752 kilometr cənub-qərbdə saxlanılan gəmidə 50 milyon dollar dəyərində iki ton kokain aşkarlanıb. Gəmidə üç kolumbiyalı saxlanılıb.

Bukele bildirib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda ümumilikdə 15 tondan çox kokain müsadirə edib. Bu narkotiklərin ümumi dəyəri təxminən 380 milyon dollar təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər