Fici adaları sahillərində, Sakit okeanda 8,1 bal gücündə zəlzələ olub.

ABŞ Geoloji Xidmətinin verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla 03:49-da baş verib.

Qeyd olunur ki, zəlzələ ocağının dərinliyi 670 kilometr olub. Dağıntılar və ölənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

BAKU.WS