SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Florida ştatındakı Mayami-Biç çimərliyində dünən "Yazın gəlişi" bayramı keçirilib.

BAKU.WS Milli.Az-a istinadən bildirir ki, on minlərlə əylənən şəxs arasında qanunu pozanlar, içib sərxoş olanlar, narkotik maddə qəbul edənlər və dalaşanlar yetərincə idilər.

5 mindən artıq tələbə çimərlikdəki əyləncəyə qatılmışdılar.

Mayami polisi yüzlərlə şəxsi saxlayıb, qanunu pozan onlarla şəxsi həbs edib.

Polis departamentindən verilən məlumata görə, çimərlikdəki bayramla bağlı asayişin təminatı üçün qaydaların sərtləşdirilməsinə ehtiyac duyulur.

BAKU.WS