Tanınmış meyxanaçı həbsdən çıxdı

Tanınmış meyxanaçı həbsdən çıxdı
Şou-biznes 2760
Ötən ilin may ayında həbs olunan tanınmış meyxanaçı Mahir Cürət azadlığa çıxıb.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, 1 il 3 ay həbs həyatı yaşayan söz xiridarı, ötən gecə dünyasını dəyişən meyxanaçı Bayram Kürdəxanlının yas mərasimində iştirak edənlər arasında olub.Qeyd edək ki, Mahir Cürət ötən ilin may ayında saxlanılan zaman onun üzərindən narkotik maddə götürülmüşdü. İlkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirən meyxanaçı Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu.BAKU.WS

Oxşar xəbərlər

Həbsdə olan Bayram Kürdəxanlı azadlıqda

Həbsdə olan Bayram Kürdəxanlı azadlıqda

Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb. B. Kürdəxanlı...

1885 Şou-biznes 13:58 14 iyun 2017

Son xəbərlər