40 yaşlı aktrisa: "Evlənməyi düşünmürəm, uşaq dünyaya gətirmək mənə qorxunc gəlir"
Aktrisa Ekin Türkmen müzakirələrə səbəb olacaq açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, 40 yaşlı aktrisa evlənməyi düşünmədiyini deyib:
"Evlənməyi düşünmürəm. Ətrafımda bədbəxt insanlar var. Uşaq dünyaya gətirmək fikiri mənə qorxunc gəlir. Artıq ana və atalarımızın evliliyi kimi evliliklər qalmayıb. Müasir evliliklərdə insanlar sevgiliykən də eyni evdə yaşaya bilirlər".
Ekin Türkmenin bu fikirləri sosial şəbəkələrdə paylaşılaraq müzakirələr yaradıb.
Xatırladaq ki, Ekindən əvvəl həmkarı Deniz Baysal Yurtcunun da açıqlaması diqqət çəkmişdi.
O "Uşaq dünyaya gətirmirəm. Bu mənim bədənimdir və mənim qərarımdır. O uşağa yazıq olar. Məsuliyyətini üzərimə götürmək istəmirəm" - deyə, bildirmişdi.
Oxşar xəbərlər
İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var
Hörmüz boğazında İranın mülki gəmisinə endirilən zərbə nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb. BAKU.WS xəbər verir ki, bu barədə Keşm rayonunun r...