4 böyük zəlzələ görən 5 min illik tarixi məhəllə - Bir daşı belə tərpənməyib
Elazığda YUNESKO-nun Müvəqqəti İrs Siyahısında yer alan 5 min illik tarixi Harput məhəlləsi görənləri valeh edir.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, inşa edildiyi gündən bu yana çoxlu zəlzələlərə şahid olan məhəllə 2020-ci ildə ocağı Elazığda olan 6,8 bal gücündə, 2023-cü ildə ocağı Kahramanmaraşda olan 7,7 və 7,6 bal gücündə zəlzələlərlə sarsılıb.
Ötən gün mərkəzi Malatyanın Kale mahalında olan 5,9 bal gücündə zəlzələnin yaşandığı tarixi məhəllə heç bir ziyan görməyib.
Piza qülləsindən daha əyri olduğu təsdiqlənən əyri minarə. Harput qalası, məqbərələr və digər tarixi mehmanxanalar, hamamlardan bir daş belə tərpənməyib.
1200 metr yüksəklikdə yerləşən məhəllədə normal tikililərlə yanaşı, tarixi abidələrə də ziyan dəyməməsi görənlərin ağzını açıq buraxıb.
Qalereya
Oxşar xəbərlər
ÜST meymunçiçəyi virusuna qarşı ilk peyvəndi təsdiqlədi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Meymunçiçəyi virusunun istifadəsini təsdiqləyib. BAKU.WS xəbər verir ki, təşkilat Yaponiyada "KM Biologics" tərəfindən istehs...