SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokollarının ləğv olunduğunu elan edib.

BAKU.WS erməni KİV-nə istinadən xəbər verir ki. Serj Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında protokolların etibarsız hesab olunduğunu bəyan edib.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması haqqında protokollar 2009-cu il oktyabrın 10-da XİN rəhbərləri arasında imzalansa da, parlamentlərdə ratifikasiya olunmamışdı.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılıb.

BAKU.WS