SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi Ermənistanda da narahatlıqla izlənilməkdədir. Hesab edilir ki, bu kəskinləşmə Ermənistan üçün əlavə təhdidlər yaradacaq. Bəziləri isə Türkiyənin Azərbaycana birbaşa hərbi dəstək vəd edərək onu Qarabağda müharibəyə başlamağa sövq edəcəyindən qorxur.

Keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan isə bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin kəskinləşməsinin Ermənistana əlavə təhlükə yaratdığına dair deyilənlərlə razı deyil. Çünki onsuz da Türkiyə "Ermənistanı məhv etmək siyasəti” aparır. Bu zaman Arutyunyan 90-cı illərin sonlarında Türkiyənin Ermənistanla sərhədə ordu yeritməsini də yada salıb.

"90-cı illərdə Türkiyə 3-ü səhra ordusun bizim sərhədlərimizə yeridib tələb etdi ki, Qarabağı qaytaraq. Türkiyə Ermənistanla sərhədləri bağlayıb, bizim bu ölkə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edib, AES-in bağlanmasını istəyir, hər şey edir ki, Ermənistanın mövcudluğuna son qoyulsun”-Vaqarşak Arutyunyan deyib.

Xatırladaq ki, Tansu Çillərin baş nazirliyi dövründə Türkiyə 3-cü ordu birləşməsini Ermənistanla sərhədə yeritmişdi.

Virtualaz.org
BAKU.WS