SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan prezidenti Serj Sarkisyan ordu ilə bağlı fərman verib.
 
BAKU.WS-in məlumatına görə, prezident fərmanıyla Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan vəzifədən azad edilib. 
 
Qeyd edək ki, aprel döyüşlərindəki böyük itkilərdən sonra Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin müdafiə nazirinin müavini, maddi-texniki təminata cavabdeh olan Alik Mirzabekyanın vəzifəsindən azad edilməsi barədə fərman imzalamışdı. 
 
Bundan başqa, Müdafiə Nazirliyinin Rabitə xidmətinin rəisi general-mayor Komitas Muradyan vəzifəsindən azad edilib. Həmçinin S.Sarkisyan general-mayor Arşak Karapetyanı Baş Qərargahın Kəşfiyyat idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb.
 
BAKU.WS