38 il sonra günahsız olduğu sübut edildi
İngiltərədə 1987-ci ildə Diane Sindallın zorlanaraq qətlə yetirilməsi ilə bağlı məhkum edilən Peter Sullivan 38 ildən sonra bəraət alıb. Yeni aparılan DNT testləri onun günahsız olduğunu sübut edib.
BAKU.WS haberler.com- istinadən xəbər verir ki, 1986-cı ildə baş verən cinayətdə Sullivan günahkar bilinərək həbs edilmişdi. Lakin hadisə yerindən götürülən sperma nümunəsinin yeni texnologiya ilə analiz edilməsi nəticəsində sübutlar əsl cinayətkarın başqa biri olduğunu göstərib.
Məhkəmə qərarını eşidən 68 yaşlı Sullivan hıçqıraraq ağlayıb. O, 14 min gündən artıq həbsdə qalıb. "Qızğın deyiləm, incik deyiləm. Həqiqət insanı azad edir", – deyə bildirib.
Polis cinayət işini yenidən araşdırmağa başlayıb, lakin DNA bazasında uyğun şəxs tapılmayıb.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...