31 yaşlı "Playboy" ulduzu vəfat etdi
18
okt
2024
11:47
"Playboy" jurnalının ulduzu Veronika Muraşkina vəfat edib.
BAKU.WS xəbər verir ki, 31 yaşlı Veronikanın ölümü ilə bağlı məlumatı onun yaxın dostları yayıb.
Qeyd edilib ki, 2020-ci ildə onu bir avtomobil vurub və bundan sonra qızın ağciyərində ciddi problemlər yaranıb.
O qəzaya uğrayandan sonra uzun müddət müalicə alıb.
Xatırladaq ki, Veronika Muraşkina 1993-cü il sentyabrın 24-də Togucinada (Yeni Sibir vilayəti) doğulub.
Fotosessiyalarda və moda nümayişlərində iştirak edib, daha sonra "Playboy" jurnalı üçün çəkilib.
2017-ci ildə isə seriallardan birində çəkilib.
Oxşar xəbərlər
İsrailin Baş naziri Netanyahu ölüm xəbərlərini təkzib edib
İsrailin Baş naziri Benyamin Netanyahu onun guya öldüyü barədə yayılan şayiələrə münasibət bildirib. Oxu.Az xəbər verir ki, baş nazir sosial şəbəkələrdə yayılan...