27 il meşədə yaşayan adam kameralara yaxalandı
Ormanda yaşayan Tomas Naytın görüntüsü 27 ildən sonra ilk dəfə kameralara düşüb.
BAKU.WS xəbər verir ki, o 27 il əvvəl ailəsi ilə sağollaşmadan sadəcə avtomobili ilə evdən çıxıb. Yanına aldığı azuqəsi ilə meşədə yaşamağa başlayıb.
Bu onda əvvəllər hobbi kimi başlayıb. Tək gəzməyi və təbiəti kəşf etməyi çox sevib.
O 1965-ci ildə Maine vilayətində doğulub. Elektronik alətlərə marağı olduğundan bir müddət bu sahədə işləyib. O işləsə də, hər gün yaşanan yenilikdən xəbərsiz olub.
Bundan sonra o meşəyə köçmək qərarına gəlib. Sıx meşəlik ərazidə məskunlaşdığından onu bu günə qədər kimsə görməyib. Ərazi o qədər sıx olub ki, ora insanlar belə yaxınlaşa bilməyib.
Kristofer tapa bilmədiyi ərzaqlarını oğurlamaqla təmin edib. O yaşadığı yeri tapa bilməsiinlər deyə tonqal da qalamayıb.
Kristofer qışda mənfi tempertura dözmək üçün bir neçə kamp tulumunu üst-üstə geyinib. O ağlını itirməmək üçün kitablar oxuyub, evini yığıb, qaranlıq düşəndə isə normal insanlar kimi yatıb. Səhər günəş çıxanda isə yenidən oyanıb.
O boş depolardan tərk edilmiş kamp ərazilərindən batareyalar konservalar götürüb. Kristofer polisə düşməsin deyə qızıl kimi zinət əşyaları oğurlamaqdan çəkinib.
Qalereya
Oxşar xəbərlər
Sevdikdən sonra üzü gülməyən MÜĞƏNNİLƏR
Dünyaca məşhur bir çox sənətçi parlaq səhnə həyatı ilə yanaşı, şəxsi münasibətlərində çətinliklərlə üzləşib. Onların bəziləri ayrılıqlarını açıq şəkildə etiraf...