Ruanda nüvə reaktorlarının tikintisi ilə bağlı ABŞ ilə müqavilə bağlayıb
14
avq
2024
22:01
Ruanda Atom Enerjisi İdarəsi ABŞ-nin “Nano Energy” şirkəti ilə ölkədə nüvə enerjisinin inkişafı proqramına dair müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “The New Times” qəzeti Ruandada kiçik modul nüvə reaktorlarının tikintisini nəzərdə tutan sənədə istinadən yazıb.
Məlumata görə, “Nano Energy” Ruandaya texniki yardım göstərəcək və nüvə mütəxəssisləri hazırlayacaq, həmçinin müvafiq müasir infrastrukturu yaradacaq.
Oxşar xəbərlər
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İrana səfər edəcəyi gözlənilir. BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, Qrossinin 6-7 m...