Qəbiristanlıqdan yüzlərlə yaşıl skelet tapılıb
01
avq
2024
14:15
Almaniyanın Nürnberq şəhərində vəba qəbirlərindən birində arxeoloqlar yüzlərlə yaşıl skelet tapıblar.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onlar tikinti işləri zamanı tapılıb.
Bild yazır ki, arxeoloq Melanie Lanqbein və onun komandası ümumilikdə minə yaxın skeletin olduğunu proqnozlaşdırsalar da, qazıntıların sonunda bir metr yarım dərinlikdə 2 min qalıq tapılıb.
Arxeoloqlar burada insanların 1632-1633-cü illərdə vəba epidemiyası zamanı dəfn edildiyini irəli sürürlər. Beləliklə, bura Almaniyada müəyyən edilmiş ən böyük vəba qəbiristanlığı olub.
Oxşar xəbərlər
Qərb mediasının qərəzi: İqlim dəyişikliyi ilə mübarizədə ikili standartlar özünü necə büruzə verir
2024-cü ildə neft və qaz kəşfiyyatı fəaliyyətində yeni irəliləyişlər planetin orta temperaturunun yüksəlməsinə birbaşa təsir göstərən təxminən 12 milyard tona y...