Dağıstanda torpaq üstündə dava qanla bitib, ölən və yaralılar var

Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.
Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.
Oxşar xəbərlər
Dağıstanda qətliam - 4 terrorçu zərərsizləşdirilib, 3-nün şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB-2
Terrorçuların Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində həyata keçirdikləri hücum nəticəsində 9 nəfər həyatı itirib. BAKU.WS xəbər verir ki, məlumatı Dağıst...
