Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi havada - VİDEO

Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi HÜRJET 30 min fut yüksəklikdə 0,9 mach sürətə çatıb.
BAKU.WS xəbər verir ki, Türkiyənin Aerokosmik Sənayesi ( TAİ ) və Müdafiə Sənayesi Nazirliyinin koordinasiyasında Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təyyarəsi HÜRJET-i xidmətə hazırlamaq üçün intensiv iş aparır.
TAI-nin baş direktoru Mehmet Dəmiroğlu sosial media hesabında etdiyi paylaşımda Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi HÜRJET-in tam sürətlə irəlilədiyini bildirib.
HÜRJET-in 79-cu sortisini uğurla həyata keçirdiyini açıqlayan Dəmiroğlu, təyyarənin 30 min fut yüksəklikdə 0,9 Mach sürətə çatdığını bildirdi.
Dəmiroğlu Türkiyə aviasiyasına güc qatmağa davam edəcəklərini vurğulayıb.
Oxşar xəbərlər
Qaçırılmasına cəhd edilən Rusiyanın sirli bombardmançısı - Tu-22M3 haqqında ŞOK FAKTLAR
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinin Tu-22M3 strateji raketdaşıyıcısını qaçırmaq planlar...
