Qasırğa ABŞ-nin daha bir şəhərini viran qoydu - VİDEO

ABŞ-nin Nyu-York ştatının Arkrayt şəhərində baş verən qasırğanın görüntüləri sosial şəbəkələrdə viral olub.
BAKU.WS xarici KIV-ə istinadən xəbər verir ki, videolardan birində güclü küləyin evin damını sökərək kilometrlərlə uzağa atdığı kadr əks olunub.
Şəhərin küçələrində ağaclar və budaqları avtomobillərin üzərinə düşüb.
Bundan əvvəl ABŞ-da baş verən ən güclü "Beryl" qasırğası ilə bağlı da görüntülər yayılıb.
Videoda qasırğanın ağacları və evlərin damlarını yıxdığını görmək olar.
"Beryl" səbəbindən iki milyondan çox amerikalı elektriksiz qalır. Təxminən iki min təyyarə uçuşu ləğv olunub.
İlkin məlumatlara görə, hava fəlakəti nəticəsində ən azı səkkiz nəfər həlak olub.
Bundan əvvəl Moskvada yaşayan 40 yaşlı kişi "Orxan" qasırğası zamanı yıxılan ağacın altında qalıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
