Türkiyədə zəlzələ oldu - İnsanlar küçəyə axın etdi - FOTO/VİDEO
Türkiyənin Afyonkarahisar bölgəsində 4,4 bal gücündə zəlzələ olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar 7 kilometr dərinlikdə qeydə alınıb. 5 saniyə davam edən zəlzələ yerli əhalinin panikaya salıb. Onlar qorxaraq küçələrə axın ediblər.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya hadisə ilə bağlı açıqlama verib.
"Afyonkarahisar şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. AFAD və müvafiq qurumlarımız, 112 Təcili Çağırış Mərkəzinə daxil olan məlumatların qiymətləndirilməsi nəticəsində hazırda təhlükəli vəziyyətin olmadığı bildirilib. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun" - deyə, nazir qeyd edib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...