İbrahim Tatlıses qızına psixoloji şiddət göstərib? - FOTO

Müğənni İbrahim Tatlıseslə qızı Dilan Çıtak Tatlıses arasında yenidən gərginlik yaşanmağa başlayıb.
BAKU.WS xəbər verir ki, Dilanın şəxsi insatqram hesabında etdiyi paylaşımda psixoloji şiddətə məruz qaldığı bildirilib.
"Bir qız uşağına qarşı zorakılığı, psixoloji təzyiqi və psixoloji təcavüzü hər kəs bilməli və görməlidir.
Bu gün mən bir qız kimi susarsam, sabah daha çox zorakılığa məruz qalan uşaqlarımız olacaq. Bütün dünya belə bir insanı sevməkdə davam edə bilər, amma indi hamı həqiqəti bilməlidir ki, mən özümü rahat bir şəkildə bu mənasız geyimdən qurtarım".
İbrahim Tatlıeses uzun müddətdir sosial şəbəkədə qızı Dilan Çıtak Tatlısesi izləmədən çıxarıb. Onunla olan bütün şəkillərini də silib.
Dilan 1989-cu ildə dünyaya gəlib.
O İbrahimin nigahdan kənar doğulan övladıdır. Dilan ilk dəfə 2013-cü ildə ortaya çıxıb. Bir müddət sonra İbrahim onu rəsmən qızı kimi qəbul edib.

Oxşar xəbərlər
Polat cütlüyü hakim qarşısında: Dilan qızını görən kimi ağlamağa başladı - FOTO
Ötən ilin noyabr ayında saxlanılan Dilan və Engin Polat cütlüyü məhkəmə qarşısına çıxarılan zaman duyğusal anlar yaşanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər...
