Rusiyada boşanma rüsumu 8 dəfə artırıldı
10
iyl
2024
15:03
Rusiyada boşanma haqqı 8 dəfə - beş min rubla (96.60 AZN) qədər artırılıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Federasiya Şurası iclasında qəbul edilib.
Rusiyada həm qarşılıqlı razılıq, həm də məhkəmə yolu ilə boşanma üçün dövlət rüsumu 650 rubldan 5 min rubla qədər artırılır. Bundan əlavə, adın dəyişdirilməsinin məbləği də əhəmiyyətli dərəcədə artır - 1600 rubldan beş min rubla qədər.
Məlumata görə, dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Boşanma haqqının artırılması təşəbbüsü rus ailələrini gücləndirmək istəyi ilə izah edilib.
Oxşar xəbərlər
İranda pensiya yaşı artırıldı: Sosial partlayış olacaqmı? - VİDEO
Səlahiyyət müddəti bitməkdə olan 11-ci çağırış İran parlamenti noyabrın 19-da ölkədə pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu qanu...