KİV: Ağ ev Baydenin sağlamlığından getdikcə daha çox narahat olur
05
iyl
2024
21:42
Ağ evin aparatı və ABŞ Prezidenti demokrat Cozef Baydenin seçki qərargahı onun səhhəti və ikinci müddətə prezidentlik uğrunda mübarizəni davam etdirə bilməsi barədə getdikcə daha çox narahat olur.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“Ağ ev aparatının, Baydenin seçki kampaniyasının bir çox işçiləri, habelə demokrat vəzifəlilər prezidentin yarışmanı davam etdirə bilməyəcəyindən getdikcə daha çox narahat olurlar”, – məqalədə qeyd olunub.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-də növbəti seçkilər keçiriləcək.
Oxşar xəbərlər
Fransada vəziyyət kritikdir: Etiraz aksiyaları bütün ölkəni cənginə alıb - FOTO
Avropanın və bütövlükdə dünyanın diqqəti Fransada keçiriləcək seçkilərə yönəlib. İyunun 9-da Avropa Parlamentinə (AP) keçirilən seçkilərin nəticələri Prezident...