SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Şevket Çoruh "Arka Sokaklar"a yenidən qayıtmağının səbəbini açıqlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor pula ehtiyacı olduğu üçün yenidən layihəyə qayıdıb.

O bu barədə jurnalist Sibel Arnanın yutub kanalına açıqlamasında deyib.

"18 il bir serialda çəkildim və bir daha geri qayıtmamağa qərar verdim. Amma həqiqətlərin nə olduğunu gördükdə və "Mesut Komissar"ın çox sevilən bir personaj olduğunu gördükdə, geri döndüm. Ona görə də çox şikayətçi deyiləm" - deyə, aktyor qeyd edib. 

Şevket Çoruhun bu sözləri sosial şəbəkələrdə və mətbuatda yayılaraq gündəm olub. 

BAKU.WS