SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Bayraktar TB2" pilotsuz uçuş aparatına yeni öhdəlik verilib.

BAKU.WS "İhlas Haber Ajansı"na istinadən xəbər verir ki, ölkənin Meşə Ümumi Müdirliyi tərəfindən Qazipaşada yerləşdirilən PUA 23 min fut yüksəklikdə uçaraq Antalya boyunca meşə sahəsini izləyəcək.

Termal sistemi ilə yanğınları daha əvvəldən aşkarlayan "Bayraktar TB2", yanğının koordinatlarını anında quru və hava qruplarına çatdıraraq, "Yaşıl Vətən"in müdafiəsində mühüm vəzifəni üzərinə götürəcək.

Bildirilib ki, Türkiyədə yay aylarında artan meşə yanğınları təhlükəsi ilə mübarizə işlərini sürətləndirən Kənd Təsərrüfatı və Meşə Nazirliyi Meşə Ümumi Müdirliyiötən il Qazipaşada əhəmiyyətli bir təcrübə həyata keçirib.

Nazirlik tərəfindən 2022-ci ildə Qazipaşa Hava Limanına yerləşdirilən "Bayraktar TB2" PUA-sı yanğın mövsümündə xidmətə başlayıb. Ötən il olduğu kimi 2024-cü ildə də Antalya və rayonlarında səhər saatlarından gün batana qədər meşələri izləyən pilotsuz uçuş aparatı üzərindəki termal sistemlə mümkün yanğınları daha erkən aşkarlayacaq və meşə yanğınlarına müdaxiləni sürətləndirəcək.

Qazipaşada fəaliyyət göstərəcək PUA 24 saat uçacaq və 3,5 milyon hektar meşə sahəsini 23 min futdakı mövqeyindən izləyəcək. Texnologiyası ilə mümkün yanğınları aşkar edən PUA anında yanğının koordinatlarını qruplara çatdıracaq.

Yanğın bölgəsində də xidmət göstərəcək "Bayraktar TB2", havadan aldığı görüntüləri anbaan yanğınsöndürmə qruplarına ötürəcək. Yanğının istiqaməti və sürəti barədə qruplara məlumat verəcək PUA quruda işləyən yanğınsöndürən ovçuların işini asanlaşdıracaq.

PUA haqqında məlumat paylaşan Antalya Meşə Regional direktoru Zəfər Derincə, Qazipaşadakı PUA-nın səhər tezdən havaya qalxdığını və daha sonra Antalya daxilində yanğın axtarışları apardığını qeyd edib.

BAKU.WS