VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Baykar Savunma" şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktar "Reuters" xəbər agentliyinə maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, o, Ukraynanın müharibə zamanı "Bayraktar" pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək Rusiyanın artilleriya sistemlərini və zirehli texnikasını məhv etməsinin bütün dünya ölkələrini müştərilərə çevirdiyini bildirib.

"Bayraktar TB2 etməli olduğu işi görür, yəni ən qabaqcıl zenit sistemləri və zirehli maşınları zərərsizləşdirir. Bütün dünya bu dronların müştərisidir", - deyə Bayraktar qeyd edib.

Bayraktar "İşğal qanunsuzdur. Buna görə də TB2 Ukraynanın şərəfli xalqına öz ölkəsini müdafiə etməkdə kömək edir. Dağlıq Qarabağın işğalı bizim gəncliyimizdə yara olub. Texnologiyanı inkişaf etdirən mühəndislər olaraq qardaşlarımıza torpaqlarını geri qaytarmaqda kömək etmək şərəfdir", - deyə açıqlamasında bildirib.

Texniki direktor müjdə verərərək "Kızıl elma"nın gələn il ilk uçuşunu, TB3-ün isə ilk uçuşunu bu ilin sonu və ya gələn ilin əvvəlində gerçəkləşəcəyini deyib.

BAKU.WS