SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Almaniya ilə Ruanda tərəfindən təqdim edilən və 40-dan çox ölkənin dəstəklədiyi qətnamə layihəsini qəbul edib. 

Belə liklə 11 iyulun "Srebrenitsa Soyqırımını Anma Günü" elan olunub.

Qətnamə Serbiyanın etirazlarına baxmayaraq qəbul edilib. BMT Baş Assambleyasında qətnamə üçün keçirilən səsvermədən əvvəl çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, qərar layihəsi siyasi xarakter daşıyır. Fərdi olaraq hadisə ilə bağlı cinayətkarların cəzalandırıldığını deyən Vuçiç, bu qərarın nə Bosniya-Herseqovina, nə də bölgədə sabitlik və birliyə töhfə verməyəcəyini, əksinə bölünmələri artıracağını vurğulayıb. 

Serbiya Prezidenti həmçinin deyib ki, Almaniya qərarı dəstəkləməyən ölkələri təhdid edib. O, həmçinin Almaniyaya səslənərək "Bunlar Avropanın dəyərləridirmi?" deyə sual ünvanlayıb.

İri ekranda lehinə səs verən ölkələrin adları göstərildikcə, əlindəki Serbiya bayrağına sarılan Vuçiç göz yalarını saxlaya bilməyib. 

[media=https://x.com/MyLordBebo/status/1793698736759345337]

BAKU.WS