SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli tanınmış cütlük Fahriye Evcen və Burak Özçivitin böyük övladı Karanın 5 yaşı tamam olub.

BAKU.WS xəbər verir ki, məşhurlar lüks villalarının həyətində Karan üçün kiçik ad günü məclisi təşkil ediblər.

Məclisdə robotlardan ibarət dekor qurulub. Fahriye ilə Burak burada övladları Karan, Keremlə müxtəlif fotolar çəkdirib.

Bu barədə Evcen sosial şəbəkədə bildirib. O oğlununməclisindən olan fotoları 13 milyon 800 min izləyicisi olan şəxsi instaqram hesabında yayımlayıb. 

Ad günü görüntüləri marağa səbəb olub. 

BAKU.WS
QALEREYA