SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı məlumat düzgün deyil.

Bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib.

"Biz məlumatı dəqiqləşdirmişik. Uşaq ölməyib, hazırda vəziyyəti ağırdır", - diplomat bildirib.

***13:20

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin TASS-a açıqlamasında deyib.

"Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə diplomat qeyd edib.

Səfir aydınlıq gətirib ki, hava zərbələri ölkənin cənubundakı İsrail Hərbi Hava Qüvvələri bazasına cüzi ziyan vurub.

BAKU.WS