SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Beyons pərəstişkarlarını qəzəbləndirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının yeni buraxılan albomunda problemlər yaranıb.

Belə ki, albomun bəzi nüsxələrində sənətçinin mahnıları yarımçıq kəsilib. “Act 2: Cowboy Carter” adlı rəqəmsal albomda 5 mahnının isə tamamilə olmadığı ortaya çıxıb.

Bunlar Beyonsun "Flamenco", "Oh Louisiana", "The Linda Martell Show", "Spaghetti" və "Ya Ya" adlı mahnılarıdır.

Albomu alan sosial şəbəkə istifadəçiləri həyatlarının şokunu yaşayıblar.

Onlar sosial şəbəkələrdə bu barədə tənqidi paylaşımlar ediblər. "Tamamlanmayan bir albom necə satışa çıxarıla bilər?", "Çox təəssüf sevdiyim mahnılardan biri yoxdur!" sözlərini yazaraq Beyonsu qınayıblar.

"BBC"nin məlumatına görə yaranmış albom qalmaqalı ilə bağlı tək həqiqət odur ki, bu 5 mahnı sonradan alboma daxil edilib. Nəticədə albmun bəzi nüsxələrində o mahnılar olmayıb. 

BAKU.WS