Castin Timberleyk 6 ildən sonra bunu edəcək - FOTO/VİDEO

Dünyaca məşhur müğənni Castin Timberleykin musiqi karyerasında yeni bir dövr başlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi yeni sinqlı "Selfish"i sevənlərinin ixtiyarına verərək yeni albom çıxaracağını bildirib.
Castin 6 ildən sonra ilk dəfə bunu edəcək.

O martın 15-də "Everything I Thought It Was" adlı yeni albomunu pərəstişkarlarına təqdim edəcək. İfaçının son albomu "Man of the Woods" 2018-ci ildə işıq üzü görüb.
Timberleykin "Selfish"inin sözləri Luiz Bell və Teron Tomas tərəfindən yazılıb. Klipin rejissorluğu Bredli C. Kalderə həvalə edilib.
10 "Grammy" mükafatlı Castin albom təqdim etdikdən sonra "Forget Tomorrow World Tour" adlı dünya turuna çıxaraq pərəstişkarlarını sevindirəcək. O ilk konsertini aprelin 25-də Kanadada verəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
