“Crocus City Hall”un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI
28
mar
2024
15:00
“Crocus City Hall”ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək.
Bunu “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov deyib.
Onun sözlərinə görə, 15 il əvvəl kompleksin tikintisi Araz Ağalarova təxminən 70 milyon dollara başa gəlib.
“Bu gün hesab edirəm ki, 150 milyon dollardan aşağı qiymətə belə bir zalı tikmək mümkün deyil”, - deyə Emin Ağalarov vurğulayıb.
Oxşar xəbərlər
“Crocus City Hall” terroru: Nüvə silahından da təhlükəli planın ilk addımı - ŞƏRH
Güclü, zəif, varlı, kasıb olmasından asılı olmayaraq, heç bir dövlət terrordan sığortalanmayıb. 30 il öncə - 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metrosu...