SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.

Bu barədə Rusiya səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir əlavə edib ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri həyatını itirib.

Qeyd edək ki, biri azyaşlı olmaqla, 76 yaralının hamısı xəstəxanalardan evə buraxılıb. Digər 80 nəfərin tibb müəssisələrində müalicəsi davam edir.

Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Dörd silahlı şəxs konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar.

BAKU.WS