SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı fəal Vitali Borodinin ölkənin Baş Prokurorluğuna Alla Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı müraciətinə rəsmi cavab gəlib. 

Müraciətdə qeyd edilir ki, Alla Puqaçovanın xarici agent kimi tanınması proseduru artıq başlayıb.

"Prokurorluq Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən Puqaçovanın xarici agent kimi tanınmasını da istəyib", - deyə Borodin prokurorluğun cavabını çatdırıb.

Fəal hər kəsə xoş gün arzulayıb və tənzimləyici orqanların məsələyə sona qədər baxacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, martın 7-də ulduzlara qarşı kütləvi şikayətləri ilə tanınan Borodin Alla Puqaçovanın xarici agent kimi tanınması xahişi ilə baş prokuror İqor Krasnova müraciət edib.

O qeyd edib ki, müğənni Rusiya Federasiyasını tərk edib, dəfələrlə “anti-Rusiya mövqeyi” ifadə edib və əri Maksim Qalkini (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) dəstəkləyir. Borodin sənətçinin Qərb kəşfiyyat xidmətləri ilə əlaqəsi ola biləcəyini də iddia edib.

Bundan sonra Dövlət Dumasının deputatı Aleksey Juravlev (LDPR) eyni təşəbbüslə çıxış edib. 

BAKU.WS