SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Televiziya Reytinq Araşdırmaları Mərkəzi 2023-cü ilin nəticələrini açıqlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, nəticələr görə "Star TV" kanalında yayımlanan "Yalı Çapkını" serialı reytinqlərdə ilk yerdə qərarlaşıb.

Ötən il yayımlanan 115 serial arasında 51-i final edib. Serial kateqoriyasında "Yalı Çapkını" 14,77 səslə zirvədə yer alıb.

Bu ekran işini izləyənlər ən çox 40 yaşından yuxarı əsasən qadınlar olub. Ən çox izləyici sayı İzmir şəhərinin payına düşüb.

Xatırladaq ki, serialda Afra Saraçoğlu, Mert Ramazan Demir, Çetin Tekindor, Binnur Kaya kimi məşhur aktyorlar çəkiliblər. Serialın rejissorluğunu Burcu Alptekin edir. Senarisini isə Mehmet Barış Günger qələm alır.

Ekran işində Seyran və Ferit adlı iki gəncin enişli-yoxuşlu məhəbbət hekaəsindən bəhs edilir. 

BAKU.WS