SİZİN REKLAM BURADA!
055 213 76 73



Son iki aydır ki, Bakının avtomobil bazarlarına satış üçün həddindən artıq avtomobil gətirildiyindən əraziyə giriş səhər saat 11-dən dayandırılır. Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb.

Avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov "Xəzər Xəbər"ə deyib ki, son zamanlar xaricdən avtomobil sifariş edənlərin sayı çoxalıb.

S.Qədirovun fikrincə, bazarların dolu olmasının səbəbi alverçilərin bir neçə maşını satışa çıxarmasıdır. Çünki heç də hər kəs xaricdən avtomobil almağa üstünlük vermir. Səbəb isə sifariş verilən avtomobilin gözlənilən vəziyyətdə gəlməməsidir.

Elə sürücülər də xaricdən sifariş verilən avtomobillərdə problemlərlə qarşılaşdıqlarını deyirlər.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana xarici ölkələrdən 90 mindən çox avtomobil idxal edilib.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO