Emin Ağalarov “Crocus City Hall”da memorial yaradacağına söz verib
26
mar
2024
10:11
“Crocus City Holl" bərpa olunacağı təqdirdə yeni zalda terror aktı zamanı həlak olanların xatirəsinə abidə ucaldılacaq.
Bu barədə RBK telekanalına “Krokus” Şirkətlər Qrupunun keçmiş birinci vitse-prezidenti Emin Ağalarov məlumat verib.
“Təbii ki, biz bütün bunları nəzərdən keçiririk. Ancaq indi, hazırda bir az fərqli prioritetlərimiz var. Biz zərərçəkənlərə maksimum yardım göstərmək, Müslüm Maqomayev Fondunu bu işə cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələ ki, ilk planlarımız bunlardır”,-deyə E.Ağalarov qeyd edib.
Oxşar xəbərlər
“Crocus City Hall” terroru: Nüvə silahından da təhlükəli planın ilk addımı - ŞƏRH
Güclü, zəif, varlı, kasıb olmasından asılı olmayaraq, heç bir dövlət terrordan sığortalanmayıb. 30 il öncə - 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metrosu...