Moskvadan Vaşinqtona DEMARŞ: ABŞ əlavə əraziləri zəbt etmək cəhdində ittiham olunur

Moskvadan Vaşinqtona DEMARŞ: ABŞ əlavə əraziləri zəbt etmək cəhdində ittiham olunur
Siyasət 64

6Rusiya Vaşinqtonun Dünya okeanının yeddi regionunda kontinental şelfin xarici sərhədlərini birtərəfli qaydada dəyişdirmək cəhdləri ilə əlaqədar bu ölkəyə rəsmi etiraz bəyanatı ünvanlayıb.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, bəyanat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.

Sözügedən etiraz bəyanatı martın 18-dən martın 29-dək Yamaykanın paytaxtı Kinqstonda keçirilən Beynəlxalq Dəniz Dibi Təşkilatının sessiyasında da səsləndirilib.

Moskva hesab edir ki, ABŞ öz hərəkətləri ilə birtərəfli qaydada bütün dünya birliyinin yurisdiksiyasında olan dəniz dibinin sahəsini azaltmağa və öz istifadəsi üçün şelfdə əlavə ərazilər əldə etməyə çalışır.

“ABŞ-nin birtərəfli addımları beynəlxalq hüquqla müəyyən edilmiş qayda və prosedurlara uyğun gəlmir”, - Rusiya XİN-in məlumatında qeyd olunur.

Oxşar xəbərlər

Riyakarlığın pik həddi - “Kaspi”nin TƏHLİLİ

Riyakarlığın pik həddi - “Kaspi”nin TƏHLİLİ

Bir günlük antiterror tədbirlərindən sonra ABŞ-nin Azərbaycana qarşı təzyiq kampaniyası yeni mərhələyə keçib. Konqresdəki son dinləmələrdə çıxış edən ABŞ dövlət...

32 Siyasət 12:11 18 noyabr 2023

Son xəbərlər