SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Türkiyənin məşhur aktyoru Kadir İnanır insult keçirərək xəstəxanaya yerləşdirildi. Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılan Kadirin MRT-si çəkildikdən sonra müayinənin nəticələrinə görə müalicə olunacağı bildirildi. 

BAKU.WS xəbər verir ki, səhhətindəki problemlə gündəmə gələn aktyorun sevənləri üçün onu şəxsi həyatı da o qədər maraq doğurub. Bu da öz növbəsində "Kadir İnanır evlidir? Həyat yoldaşı kimdir? Kiminlə evlidir?" kimi sualların ortaya çıxmasına səbəb olub.

Rəsmi olaraq evli olmayan Kadir İnanır 1999-cu ildən aktrisa Jülide Kuralla sevgilidir.

Onlar "Bütün Çocuklarım" serialının çəkilişləri zamanı tanış olub və eşq yaşamağa başlayıblar.

Hazırda Jülide, 59 Kadir İnanır isə 74 yaşındadır. Artıq cütlüyün sevgili olduğu vaxtdan 25 il ötür. Bu illlər ərzində onlar nə evləndilər, nə də ayrıldılar.

BAKU.WS