SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

***14:03

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda həlak olanların sayı 115 nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

12:26

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***09:46

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***08:06

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.

“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, - kanal nəql edib.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***03.22.2024. 22.43

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə "112" teleqram kanalı bildirib.

***22:20

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

BAKU.WS xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

***21:47

Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident baş verib.

BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Digər məlumata görə, 3 nəfər avtomat silahdan atəş açıb.

Bununla yanaşı, binada yanğın qeydə alındığı bildirilir.

BAKU.WS
VİDEO

QALEREYA