SİZİN REKLAM BURADA!
055 213 76 73


80 yaşlı Mehmet Çabuk 17 ildir Antalyanın Kemer bölgəsindəki dağda yaşayır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2007-ci ildə Mehmetin 150 keçisini oğurlayıblar.

Bütün pulunu bu keçilərə xərcləyən qoca kişi bu hadisədən sonra insanlardan küsüb və dağda yaşamağa başlayıb.

O orada özünə kiçik koma düzəldib.

Həftədə iki dəfə şəhərə özünə ərzaq almağa gedir.

Kənd camaatı Mehmetə nəzarət edir onunla maraqlanır, tez-tez ziyarət edirlər. Mehmet Çabuka yenidən yaşadığı yerdə qalmağı təklif ediblər.

Lakin o ömrünün son illərini artıq dağda yaşayacağını bildirib.

BAKU.WS