Çexiyada iki yeni atom enerji bloku tikiləcək
16
mar
2024
23:03
2025-ci ilin payızında ölkədə keçiriləcək növbəti parlament seçkilərindən sonra səlahiyyət müddəti bitməzdən əvvəl Çexiya hökuməti mövcud Dukovanı AES və Temelin AES-də iki yeni enerji blokunun tikintisi ilə bağlı qərar qəbul edə bilər.
“Report” xəbər verir ki, bunu Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela bildirib.
“Mən qəti əminəm və hər şey buna doğru gedir ki, hazırkı hökumət ən azı daha iki reaktorun tikintisi üçün müqavilələr bağlayacaq”, - deyə nazir bildirib.
Oxşar xəbərlər
Fransada AES-də yanğın baş verib, reaktorların fəaliyyəti dayandırılıb
Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb. “Report”un xəbərinə görə, bu barədə ölkəni...