İranda Qəzvin zindanında güneyli məhbus edam edilib - FOTO
15
mar
2024
22:00
Güney Azərbaycanın Qəzvin şəhərinin mərkəzi zindanında Şərqi Azərbaycan əyalətinin Əcəbşir şəhərindən olan Behzad Biderəng adlı məhbus dar ağacından asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İranda İnsan Haqları Təşkilatı HENGAW-ın xəbərinə görə, edam olunan 42 yaşlı güneyli narkotik maddə qaçaqmalçılığında ittiham edilib.
Qeyd olunub ki, məhbusun edam hökmü haqqında hökumət mediasında, xüsusən də İranın Məhkəmə sisteminə yaxın media qurumlarında məlumat verilmir.
Oxşar xəbərlər
İranda qadınlara qarşı repressiyalarla bağlı hesabat yayılıb - FOTO
İranda son ay ərzində güneyli bir qadın edam olunub, doqquz fəal saxlanılıb və doqquzu həbs cəzasına (ümumilikdə 44 il müddətinə) məhkum edilib. Bu barədə “Azad...