SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivudun keçmiş cütlüyü Ancelina Coli və Bred Pitt arasndakı gərginlik davam edir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ayrılıq sonrası uşaqlarının qəyyumluğu məsələsində problem yaşayan "BrAncelina" bu dəfə mülk davası ilə gündəmə gəlib.

Hazırda onlar ortaq bağ evləri olan Miraval malikanəsini bölməkdə çətinlik çəkirlər.

İddialara görə, Coli ayrıldıqdan sonra Bredi əsəbiləşdirmək üçün özünə aid ərazini səssiz-sədasız başqasına satıb.

Bu da onlar arasındakı xüsusi razılaşmanı pozub.

Dünya mətbuatında Ancelinanın bağ evindəki 64 milyon dollarlıq ərazini Bredin razılığı olmadan rusiyalı oliqrax Yuri Şeflerə satması ilə bağlı xəbərlər yayıldı.

Coli xəbərləri təkzib etmək üçün bununla bağlı hüquqi prosedur başlatdı. Lakin onun bağ evini həqiqətən də satdığı ortaya çıxdı.

Pitt Ancelinanın ondan xəbəriz malikanənin bir hissəsini satması xəbərini eşində şoka düşüb. Çünki bundan əvvəl Bred Şeflerin onu təhdid etdiyini və Colinin ona malikanənin bir hissəsini satdıqdan sonra mətbuata bu barədə açıqlalama verərək Pittə acıq verdiyini bildirlib.

Pitt və Coli, 1 hektardan çox sahəsi olan Miraval malikanəsini 2008-ci ildə 60-40%-lik payla bölərək satın alıblar. Ərazinin 60%-nin hissədarı Bred Pittdir.

2016-cı ildə yaşanan böyük ayrılığın ardından mülk 350 milyon dollarlıq boşanma prosesinin mərkəzində yer alıb. 

BAKU.WS